Azad edilmiş ərazilərdə aşkarlanmış mina və hərbi sursatların sayı açıqlandıbackend

Azad edilmiş ərazilərdə aşkarlanmış mina və hərbi sursatların sayı açıqlandı

Azad edilmiş ərazilərdə ötən ay 475 mina, 4106 PHS aşkarlandı

KONKRET. az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (01.11.2023 – 30.11.2023) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Xocalı, Cəbrayıl və Zəngilanda 228 piyada əleyhinə mina, 247 tank əleyhinə mina, 4106 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 7143 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*