Azad olunan ərazilərdə modul tipli xəstəxanalar quraşdırılacaqbackend

Azad olunan ərazilərdə modul tipli xəstəxanalar quraşdırılacaq

“Bu il Azərbaycanda “Şuşa ili” elan olunub. Artıq orada tikinti və quruculuq işləri aparılır”.

KONKRET.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Şuşada da tibbi xidmətlərin göstərilməsi zərurəti yaranmışdı: “Şuşada modul tipli xəstəxanaya 1200-dən çox müraciət olub, əməliyyatlar həyata keçirilib. Ağdam, Kəlbəcər, Hadrut, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların quraşdırılması planlaşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*