“Azadlıq”: “Brüssel Əliyev, Mişel, Paşinyan və Makronun iştirakı ilə görüş ideyasından əl çəkməyib”backend

"Azadlıq": "Brüssel Əliyev, Mişel, Paşinyan və Makronun iştirakı ilə görüş ideyasından əl çəkməyib"

“Brüssel Əliyev, Mişel, Paşinyan və Makronun iştirakı ilə görüşün təşkili ideyasından əl çəkməyib”.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Avropa İttifaqındakı diplomatik mənbəsi məlumat verib. Məlumata görə, onlar yeni görüş təşkil etmək üçün hər iki tərəflə əlaqə saxlayırlar. Mənbənin sözlərinə görə, Avropa Şurasının rəhbəri Şarl Mişel üçün  bu vacibdir. Lakin danışıqların konkret tarixi hələ qeyd olunmayıb.

Brüssel Azərbaycan, Ermənistan, Fransa liderlərinin və Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə dördtərəfli görüşün təşkili ideyasından əl çəkməyib.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla nəzərdə tutulan görüşün Ermənistan tərəfinin mövqeyinə görə baş tutmayacağını açıqlamışdı.

Buna cavab olaraq İrəvan eyni formatda bu danışıqlara hazır olduğunu bəyan edib.

Bu gün Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Twitter-dəki mikrobloqunda yazıb ki, Azərbaycan Praqada dördtərəfli formatda görüşləri davam etdirməyə razılaşıb. “İclasın formatı ilə iştirakçıların tərkibinin eyni olması məntiqlidir. Ona görə də ümid edirik ki, görüş Fransa prezidenti Makron və Avropa İttifaqı Şurasının rəhbəri Mişelin iştirakı ilə Brüsseldə baş tutacaq”.

Ötən gün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Filip Riker Azərbaycan və Ermənistanı gələcək danışıqları planlaşdırmağa çağırıb. Bu yaxınlarda Bakıdan qayıdan Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar da öz növbəsində Twitter-də yazıb ki, Azərbaycan prezidenti Avropa İttifaqının formatına sadiqdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*