Azərbaycan bayrağını yandıran erməni stilist İŞDƏN QOVULDUbackend

Azərbaycan bayrağını yandıran erməni stilist İŞDƏN QOVULDU

Azərbaycan bayrağını təhqir edən erməni stilist işdən qovulub.

KONKRET.az xəbər verir ki, bu barədə İctimai Televiziya Şirkətinin direktoru Ovannes Movsisyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

O, dizayner Aram Nikolyanın guya “öz ərizəsinə əsasən” işindən azad edildiyini deyib.

“Aram Nikolyan bir müddət əvvəl öz ərizəsinə əsasən işdən azad edilib, qalan suallar isə cənab Nikolyana ünvanlanmalıdır”, – Movsisyan qeyd edib.

Nikolyanın iş yerinə girməsinə icazə verilməyib.

Onun iş yerinə girişə qadağa qoyulduqdan əvvəl işdən çıxarılıb-çıxarılmadığını soruşduqda o, belə cavab verib: “İndi xronoloji olaraq xatırlaya bilmirəm.”

Qeyd edək ki, Aram Nikolyan İctimai Televiziya Şirkətinin stilistik studiyasının rəhbəri olub.

Xatırladaq ki, İrəvanda  aprelin 15-23-də ağır atletika üzrə Avropa çempionatı keçirilib. Çempionatın açılış mərasimində dizayner Aram Nikolyan birbaşa səhnədə Azərbaycan bayrağını yandıraraq səhnədən aparıb. Bundan sonra o, saxlanılıb, sonra sərbəst buraxılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*