“Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır” – Volkan Bozkırbackend

“Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır” - Volkan Bozkır

“Azərbaycana səfər etdiyimə görə sevincliyəm. Səfərimin uğurla nəticələnəcəyinə ümid edirəm”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə keçirəcəyi görüşlərdə BMT-nin gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

“O cümlədən çətin durumda olan ölkələrə yardımların edilməsi, pandemiya ilə mübarizə, peyvəndlərin ədalətli şəkildə bütün ölkələr arasında bölüşdürülməsi, eyni zamanda su problemi, səhralaşma, energetika və s. məsələlər keçirəcəyim görüşlərdə müzakirə olunacaq. Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır. Görüşlərdə Azərbaycanın BMT-yə töhfələrinin daha da genişləndirilməsi, BMT-də, Təhlükəsizlik Şurasında islahatlar məsələsi də müzakirə ediləcək”, – deyə o vurğulayıb./apa/

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*