Azərbaycan bolqarıstanlı qadını İnterpola VERDİbackend

Azərbaycan bolqarıstanlı qadını İnterpola VERDİ

Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 33 yaşlı Niyazi Sevinc kompüter materiallarını dəfələrlə qanunsuz mənimsəmə və kibercinayətkarlıqda təqsirləndirilir.

Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən N.Sevinc təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*