Azərbaycan bu il 26 ölkəyə neft ixrac edib – REYTİNQbackend

Azərbaycan bu il 26 ölkəyə neft ixrac edib - REYTİNQ

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 4 979 226,06 min ABŞ dolları dəyərində 6 679 380,57 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

KONKRET.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 021 414,64 min dollar dəyərində 1 449 824,24 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 1 028 653,6 min dollar dəyərində 1 236 761,15 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 26 ölkəyə 12 397 710,22 min dollarlıq 16 414 905,12 ton neft ixrac edib.

Azərbaycanın 2022-ci ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edirik:

# Ölkələr Miqdar, ton Məbləğ, min $
Cəmi 16 414 905,12 12 397 710,22
1 İtaliya 6 679 380,57 4 979 226,06
2 İsrail 1 449 824,24 1 021 414,64
3 Hindistan 1 236 761,15 1 028 653,6
4 Böyük Britaniya 926 011,63 752 508,07
5 Portuqaliya 607 944,06 428 162,99
6 Çexiya 600 564,76 473 264,43
7 İspaniya 560 069,44 426 066,35
8 Xorvatiya 544 666,46 490 740,3
9 Ukrayna 506 359,3 304 578,84
10 Tunis 433 281,71 326 185,84
11 Tailand 368 473,28 231 496,55
12 Almaniya 351 003,97 258 524,91
13 Türkiyə 303 996,71 170 855,36
14 Vyetnam 276 344,26 247 778,02
15 İrlandiya 265 248,58 203 671,24
16 İsveçrə 264 864,95 232 002,72
17 Rumıniya 260 163,26 189 579,67
18 Avstraliya 156 418 138 977,88
19 Tayvan (Çinin əyaləti) 138 543,45 115 684,58
20 Avstriya 134 447,2 90 016,75
21 İndoneziya 124 597,09 105 808,54
22 Yunanıstan 94 117,82 81 101,96
23 Belarus 84 893,31 57 590,07
24 Fransa 46 300,13 43 447,48
25 Rusiya 628,1 371,92
26 Gürcüstan 1,7 1,44

(Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*