Azərbaycan cüdoçusu finala yüksəldibackend

Azərbaycan cüdoçusu finala yüksəldi

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”də finala yüksəlib.

KONKRET.az xəbər verir ki, idmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. Eyni çəkidəki Ömər Rəcəbli təsəlliverici qarşılaşmada uduzub.

Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə ilk dueldə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*