Azərbaycan dilini bilməyənlər cəzalandırılacaq?- Hüquqşünasdan MARAQLI YANAŞMAbackend

Azərbaycan dilini bilməyənlər cəzalandırılacaq?- Hüquqşünasdan MARAQLI YANAŞMA

Estoniya hökuməti parlamentə həm fiziki, həm də hüquqi şəxslərin eston dilini bilməməsinə görə cərimələri artırmağı, eyni zamanda dil imtahanından keçmək üçün tələbləri sərtləşdirməyi nəzərdə tutan qanunvericilik dəyişiklikləri həyata keçirməyi planlaşdırır.

Bəs, Azərbaycanda da oxşar addımlar atıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, yaxın zamanda ölkəmizdə bu cür qanunun qəbul olunacağına inanmır:

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir" Pravda.az

“Azərbaycan tolerant dövlətdir. Bizdə şovinist qərarların alınması, sırf dilimizə və adətlərimizə görə kiməsə cəza verilməsi gündəmdə deyil. Dövlətimiz tolerantlıq üzərində bütün işlərini qurur. Ona görə də yaxın vaxtlarda belə bir qanunun qəbul olunacağını düşünmürəm. Ola bilsin ki, 5-10 ildən sonra bu mövzu müzakirəyə çıxarılsın”.

Hüquqşünas qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri birgə yaşayır və dövlət onların hər birinə rahat şərait yaradıb:

“Onları sıxışdırmaq və qadağalar qoymaq məqsədimiz yoxdur. Bizdə bütün sənədləşmələr Azərbaycan dilindədir və bu, problem yaratmır. Şəxsin dili bilmədiyinə görə ağır cərimələrin tətbiq ediləcəyinə inanmıram”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*