“Azərbaycan diplomatlarını ölümlə hədələyən Vardanyanı heç kim xilas edə bilməz” – Baqdasaryanbackend

"Azərbaycan diplomatlarını ölümlə hədələyən Vardanyanı heç kim xilas edə bilməz" - Baqdasaryan

Qarabağda baş verən son hadisələr regionun siyasi ab-havasını kökündən dəyişdi. Qarabağın qondarma qurumu isə özünü buraxdığını elan etdikdən sonra ermənilərin bütün ümidləri puça çıxdı. Bununla da 35 illik münaqişə başa çatdı. Dünyanın müxtəlif bölgələrində yaşayan ermənilər Qarabağdakı separatçılara dəstək olmaqla onları daha da qızışdırırdılar. Ötən ilin sentyabrında Moskvadan Ermənistana gələn erməni milyarderi Ruben Vardanyan dərhal Qarabağda peyda oldu və separatçılara dəstək verməklə yanaşı, Azərbaycanın ünvanına hədələr də yağdırdı. Az bir zamanda qondarma rejimin dövlət naziri vəzifəsini tutan Vardanyan antiterror tədbirlərindən sonra aradan çıxmaq istəyərkən həbs edildi.

Erməni bloger Roman Baqdasaryan özünün YouTube kanalında Ruben Vardanyanın cinayətkar əməllərindən danışıb:

“Bəzi adamlar məni Ruben Vardanyanın həbs edilməsinə təəssüflənməməkdə ittiham edirlər. Yox, dostlar, Vardanyan bir dəfə də Ermənistan əsgərinin Qarabağda qul kimi xidmət göstərməsinə qarşı çıxmadı. İndi siz istəyirsiniz Ruben üçün heyfsilənim? O adam üçün heyfsilənim ki, bir dəfə də erməni əsgərinə yazığı gəlmədi? Qonşumuza (Azərbaycanı nəzərdə tutur – red.) sağ ol deyirəm ki, bu əxlaqsızın oğlunu həbs elədi. Bakıda Rubeni kim müdafiə edəcək? Bir daha qonşumuz Azərbaycana bu alçağı həbs etdiyinə görə sağ ol deyirəm. Qoy türmədə gəbərsin. O alçağı orada kim müdafiə edəcək? Siz elə bilirsiniz, Ruben Vardanyanı kimsə buraxacaq? Qarabağlılar güman edir ki, Ruben Vardanyanı Bakı türməsindən asanlıqla buraxacaqlar. Ermənistanda və Qarabağdakı vardanyansevərlərin nəzərinə çatdırıram ki, Ruben Bakı türməsindən çıxmayacaq. Bu, dəqiq məlumatdır. Azərbaycan Ruben Vardanyanın hədələrini yaddan çıxarmayıb. Bilirsiniz də, bu adam qonşu dövlətin diplomatları haqqında nə deyirdi? Vardanyan “Nemezis” hərəkatını davam etdirəcəyini və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diplomatlarını qətlə yetirəcəyini deyirdi. Azərbaycan diplomatlarını və məmurlarını ölümlə hədələyirdi.

Ona görə də İlham Əliyev heç bir halda Rubeni buraxan deyil. Əgər bu adam azad edilsə, planlaşdırdığı terroru reallaşdıra bilər. Ona görə onun buraxılması keçdi. Bundan başqa, bu gün nə qədər qəribə səslənsə də, hər kəs Ruben Vardanyanın ölümündə maraqlıdır. Bəziləri deyir ki, Rusiya Rubeni həbsdən azad edəcək. Yox, Rusiya buna getməyəcək. Bilirsiniz niyə? Ona görə ki, Ruben Vardanyanın Rusiyada və dünyanın müxtəlif bölgələrində maliyyə fırıldaqları ilə məşğul olan dostlarının böyük hissəsi qətlə yetirilib. Və bu gün Rubenlə birgə qara əməliyyatlarda əli olan, çirkli pulların yuyulmasında fəal iştirak edən Vardanyanın biznes tərəfdaşlarının çoxu da onun Bakı türməsində ölümündə maraqlıdır. Bir il əvvəl Ruben Vardanyan Qarabağa gələndə onun əhval-ruhiyyəsi çox pis idi. Mən yeganə bloger idim ki, onun depressiyada olduğunu deyirdim. Mən onu da bildirirdim ki, Vardanyanın bacısı İrəvanda ora-bura qaçır və deyir ki, ruslar Rubeni Qarabağa getməyə məcbur edirlər. Onlar Rubeni hədələyiblər, deyiblər ki, ya səni öldürəcəyik, ya da Qarabağa getməlisən. Vardanyan isə Qarabağa getməyə məcbur olub. Ona görə də Qarabağa gələndə onun əhval-ruhiyyəsi yerində deyildi və dalğın görünürdü. Məlum oldu ki, Rusiya Rubenə “atıb”.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*