“Azərbaycan əsl faşizmlə üz-üzədir”backend

"Azərbaycan əsl faşizmlə üz-üzədir"

6 gün ərzində (11-17 oktyabr) iki dəfə cəbhə bölgəsindən uzaq Gəncənin yaşayış evlərinin gecəyarısı raketlə vurulması, dinc insanların, uşaq və qadınların qətlə yetirilməsi dövlətimizin namərd, xain, qəddar düşmənə qarşı mübarizə apardığını göstərir. Baş verənlər bütün dünyanın gözü qarşısında Ermənistanın faşist mahiyyətli dövlət olduğunu aşıq-aşkar nümayiş etdirir. Qəsbkar, irticaçı Ermənistanın silahsız, dinc azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərin və terror aktlarının sayı-hesabı yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa bugünkü müraciətində Ermənistan rəhbərliyinin cinayətinin cəzasız qalmayacağını bəyan edib: “Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq özü də əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar”.

Hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə atəş açmaqla dinc sakinləri qətlə yetirən, yaralayan, evləri dağıdan işğalçıya Azərbaycan Ordusunun mərdi-mərdanə döyüş meydanında cavab verdiyini bildirən Prezident bu cür namərd hərəkətlərin Azərbaycan xalqının iradəsini qıra, sındıra bilməyəcəyini söyləyib.

KONKRET.az-a danışan politoloq Teymur Atayev hesab edir ki, Gəncənin dinc əhalisinə gecə vaxtı zərbələr endirməklə Ermənistan özünə hökm çıxarıb və ermənilərin əzabkeş millət olması barədə illərdir reklam etdiyi mifləri darmadağın edib.

“Bu Ermənistanın hərbi-siyasi rəhbərliyinin can verməsinin göstəricisidir. Növbəti dəfə sübut olunur ki, erməni tərəfi yalnız silahsız və dinc insanlara hücum etmək üzrə mahirdir. Xocalıda da belə olub, bu gün də bu, baş verir. Yəqin ki, özlərinə bəraət qazandırmağa cəhd edəcəklər, amma bu, Bynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə uyğun olaraq hərbi cinayətdir”, – deyə politoloq vurğulayıb.

Xatirə Sadiq,

KONKRET.az

  • Hüseyn
    Oktyabr 17, 2020 - 20:36

    Erməni faşistləri kütləvi qırılmalıdır. Çünki onlar çox iddialı və səviyyəsiz xalqdır.
    Onlar hər 100 ildən bir qırılmasa başlayırlar terrorçuluqla məşğul olmağa.
    Suriyada livanda irakda iranda nə qədər pkk ypq terrorçuları var hamısını doldurub qarabağa Azərbaycana qarşı.
    Onlar Rusya Fransa və ABŞ-a güvənib terrorçuluqla məşğul olur.Azərbaycan torpaqlarını 30ildir işğal altında saxlayırlar.
    Tülkü paşinyan ancaq təxribatlar törədir.
    erməniləri boş yerə qırdırır. Şərəfsiz dönüb xalqına demir ki qarabağ bizim deyil biz oranı 1990-cı illərdə rusiyanın köməkliyi ilə zəbt etmişik orda Azərbaycan xalqına soyqırım etmişik etik təmizləmə aparmışıq. Ay şərəfsiz faşist paşinyan indiki ermənistan belə əslində Azərbaycanın tarixi torpağıdır. Tarixidən xəbərsiz terrorçular. Rusiyanın hesabına dölət yardıbsınız.ermənistana rusiya fransa və digər ölkələrdən raketlər iran ərazisindən mehridən keçir və onlarla Gəncəni vururlar, uşaqları öldürərlər. İki üzlü iran
    fars dövləti və ermənistan dövləti terror dövlətdir hər ikisi yer kürəsi üçün təhlükədir!
    Yaşasın Böyük Türkiyə Pakistan Israil Ukrayna Əfqanıstan və bizə dəstək olan bütün ölkələr. Qarabağ Azərbaycandır!

Hüseyn üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*