Azərbaycan Fələstinlə bağlı qətnaməyə “hə” dedi – İsrail hansı addımı atacaq?backend

Azərbaycan Fələstinlə bağlı qətnaməyə "hə" dedi - İsrail hansı addımı atacaq?

BMT-də Fələstin–İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həllini nəzərdə tutan deklarasiya səs çoxluğu ilə qəbul edilib. Azərbaycan da qətnamənin lehinə səs verib.

Maraqlıdır, Azərbaycanın qətnaməyə lehinə səs verməsi ölkənin xarici siyasət kursu ilə necə uzlaşır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu qərar tarixi əhəmiyyət daşıyır:

Tural İsmayılov

“Bu məsələ ilə bağlı dəfələrlə müxtəlif platformalarda çağırışlar edilib. Yaxın Şərqdə, xüsusilə İsrail və Fələstin arasında münaqişənin həllində ən vacib çıxış yolu iki dövlətli həll prinsipidir. BMT-nin qəbul etdiyi bu qərar həm önəmli, həm də tarixi addımdır. Azərbaycan beynəlxalq hüququn tələbinə uyğun olaraq iki dövlətli həll prinsipini dəstəklədiyini nümayiş etdirir”.

Ekspertin sözlərinə görə, Azərbaycan indiyə qədər Fələstin məsələsində beynəlxalq hüququn mövqeyindən çıxış edib və bu gün də həmin xətti davam etdirir:

“Azərbaycanın həm İsrail, həm də Fələstinlə yaxşı münasibətləri mövcuddur. Bu addım ölkəmizin çoxvektorlu və balanslı xarici siyasət kursunun göstəricisidir. Lakin qəbul edilən deklarasiyanın nə qədər praktik əhəmiyyət daşıyacağı hələ sual altındadır”, – deyə Tural İsmayılov vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*