Azərbaycan gəncliyinin “RUSKOYAZIÇNI”, ŞİƏ və LGBT paradoksu – Biz KİMİK?backend

Azərbaycan gəncliyinin "RUSKOYAZIÇNI", ŞİƏLGBT paradoksu - Biz KİMİK?

Azərbaycan tarixi və sivilizasiyanın Mesopotamiya beşiyi bir-birinə bağlıdır. Çünki bizim dövlətçilik ənənələrimiz o dövrə söykənir.

KONKRET.az təəssüflə qeyd edir ki, eradan əvvəl bizim Şumer-Akkad, Assuriyalı hökmdarlarımızı, Aratta, Manna, Urartu, İşquz, Midiya, Atropatena, Albaniya kimi dövlətçilik ənənələrimizi 3 əsrdir ki, erməni və farslar öz adlarına çıxarmaqdadır. Onlara bu işdə ruslar sidq ürəkdən kömək edir, çünki Kremlin XIX əsrdən bu yana əsas məqsədi hər bir azərbaycanlıya milli kimliyini unutdurmaq, vassal kimi əsarətdə saxlamaq üçün tarixi kökündən qopartmaqdır. Əslində Səfəvilər imperiyamızın xanlıqlara parçalanması naçar çarların işinə yaradı. Regionun işğal planına Quba, Car-Balakən, Gəncə xanlıqlarının sütunlarını sarsıtmaqla start verildi.

Çox üzüyola millətik, bir əsr sonra xitablarımız “tovariş”ləşdi. İndinin özündə qardaşa “brat” deyiriksə, beynimiz qəşəngcə yuyulub. İnsanlar rusca danışmaqla öyünür. Hətta ana dilində səlis danışmamaqla fəxr edirlər. Axı belə olanda onların “ruskoyazıçnı”lığı gözə çarpır. Sevincəkləşirlər.

Qeyd: Təxminən 1 ay əvvəl bir xanımı gözüm tutdu. O da baxırdı deyə yaxınlarının biri ilə söz yolladım. Deyib ki, “rus dilini bilirsə, nömrəmi verim”. Rus dilin bilməyinə bilirəm, amma beləsi ilə dil tapmaq çətindir.

Yəni rus dili elçilik predmetini çevrilirsə, Azərbaycanın dövlətçiliyi kimi, ana dilinə də təhdid elementləri var. AMEA-nın dilçiliklə məşğul olan əksər ziyalılarının sovet təhsilli olması da diqqətə alınmalıdır. Belə ki, SSRİ dövründə alınma və arxaizm adı ilə Azərbaycanın söz lüğəti qəsdən minimuma endirilib.

Qeyd: 2017-ci ildə AMEA-nın dilçi professorlarından biri ilə mübahisəm düşdü. Sual-cavabımız belə oldu:

Hörmətli alim, qərib Azərbaycan sözüdür?

– Bəli!

Önəm bizim sözdür?

– Bəli!

Bəs necə olur ki, qəribsəmək sözü lüğətimizdə var, amma önəmsəmək yox?

– Maraqlı təklifdir, Bakıda bunu müzakirə edib qərar çıxaracağıq.

“Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər” məsəlinin mövzuya aidiyyatı olmasa da, bir faktı qeyd etmək istərdim. Əgər Azərbaycan dilinin novatorları hələ də Səməd Vurğunun (1906-1956) sayrışan yeniliyində qalıblarsa, ta “heş zad”!

Fars reniminə düşmüşlərə:

Farslar bizim tariximizin Avesta hissəsindən tutmuş İncil və Qurana kimi hər səhifəsinin oğrularıdır. Bu özününküləşdirmə siyasəti dövlətçilik və ədəbiyyat tarixində aşkar biruzə verilir. Onların xürrəmilik, hürrufilik, sufilik və şiəliyə də heç bir qarışacağı yoxdur.

– Zərdüştlüyün iki müqəddəs şəhəri Qazaka (Ərdəbil) və Verra (Marağa) Cənubi Azərbaycan, Atropatena paytaxtları olub.

– İndiki müstəqil Azərbaycanın ərazisində olan Albaniya dövləti İsa peyğəmbərin ölümündən 27 il sonra, eramızın 57-ci ilində xristianlığı qəbul edib.

İslamın regionda yayılması isə xürrəmilərin, əsl adı Həsən olan Ərdəbilli Babəkin xilafətə qarşı müharibəsinə səbəb olub. Qılınc müsəlman deyimi də o vaxtdan yaranıb. Çünki azərbaycanlılar İslam dininə öz xoşu ilə gəlməyiblər. Ərəb əsarətində isə namazın məcburi xarakter daşıması ibadəti insanların sonrakı həyat tərzinə çevirib. Xürrəmilərdən sonra ürəklərdə xilafət düşmənçiliyi olub və yeni məzhəblər formalaşıb. Şiəliyin genişlənməsi Səlcuq-monqol dövrlərində ləngiyib, lakin Xətai Azərbaycanı ilə Səlim Türkiyəsinin düşmənçiliyinə səbəb olub.

Əlqərəz, sözümün canı odur ki, farslar yaşamağı bizə baxaraq öyrəniblər. Bizim onlara baxıb səcdə etməyimiz, dəxlisiz fətvalarına getməyimiz gülüncdür. Farslara millət kimi övliya, imam, məsum, peyğəmbər göndərilməyibsə, Azərbaycanda bu ruhani kateqoriyaların bütün təmsilçiləri olub. Heç ibadət etməyən Azərbaycan vətəndaşı da İranın ali dini liderindən min dəfə alidir. Ona görə də Azərbaycan gəncinin milli mənlik şüuru güclü olmalıdır. Çünki bu gənclər müstəqil Azərbaycanın sakinləridir və öncəki nəsillər kimi kiminsə çaldığı havaya oynamağa məcbur deyillər. Həm də gənc nəslin milli mənlik şüuru artan vətənpərvərlik hissinin müşayiəti ilə formalaşmaqdadır. II Qarabağ savaşındakı zəfər və Prezident İlham Əliyevin Qərbi, Cənubi Azərbaycan mesajları ilə zəngin xarici siyasəti gənc nəslin vətənpərvərlik hisslərini tarixlə möhkəmləndirir.

LGBT yamağı

Hazırda Azərbaycan cəmiyyətinin vətənpərvər kəsimindən başqa “ruskoyazıçnı”, şiə və LGBT paradoksu var. Yəni bu üç cərəyanın hamısı özünü haqlı sayır. Tutaq ki, birincilər ancaq rusca danışır və deyir ki, “Azərbaycan dili ikinci dərəcəlidir”. Bunu ölkədə xarici dil bilənlərin daha tez və gəlirli iş tapmaqları ilə izah edirlər. Doğrudan da, rusdillilərə yaşıl işıqdır.

Şiələr qiyam, möhür və saqqal tərzləri ilə özlərini haqlı sayır və ərəb-farscanı həm Azərbaycan, həm də rus dilindən əziz hesab edirlər. Rusdillilərin əksəriyyəti sünni olduğu üçün “russkoyazıçnı”-şiə ziddiyyəti qaçılmazdır.

LGBT təmsilçiləri də özlərini haqlı sayırlar. Məsələn, trans və geylər dindarla mübahisədə özlərinə bəraət üçün “siz məzhəb dəyişirsiniz, biz də cinsimizi”, yaxud “siz saqqal əkdirirsiniz, biz də qadın sinəsi” kimi bəhanələr gətirirlər. Ən savadlıları deyir ki, “Lut tayfası Allahın qəzəbinə tuş gəldi deyə məhv edildi. Biz səhv yolda olsaq, Tanrı bizim də sonumuza çıxacaq”. Ziddiyyətlər çoxdur. Sadəcə, bütün bu missioner təxribatlarının qarşısını almağın bir yolu var. O da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsidir. Bunun üçün fars-ərəb-rus əsarətlərimiz yox, hegemon, imperiyalı tarixi kimliyimiz təbliğ olunmalıdır.

Anar Rəhimov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusuna həsr olunub.

  • Nadir Həsənov
    Noyabr 17, 2022 - 10:33

    Çox düzgün mülahizədir. Bir neçə ildir ” Saqqal” dəbi cavanlar arasında mahiyyətini bilməsələr də epidemiya halını alıb. Aidiyyətli qürumlar və ziyalılar hələ də bu məsələyə sosial şəbəkələrdə münasibət bildirmiir. Bir də yada salaq ki, vəhabilik və İŞİD də öz siyasətinə saqqalla gəlmişdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*