Azərbaycan HDQ komandanı Pakistanın Hərbi Dəniz Akademiyasında olub – FOTObackend

Azərbaycan HDQ komandanı Pakistanın Hərbi Dəniz Akademiyasında olub – FOTO

İyunun 9-da Pakistanın Lahor şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovla Pakistan Hərbi Dəniz Akademiyasının rəisi kontr-admiral Məhəmməd Zubair Şafiq arasında görüş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkənin HDQ-i arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Kontr-admiral Məhəmməd Zubair Şafiq Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Geniş tərkibdə davam edən görüşdə hərbi dənizçi mütəxəssislərinin hazırlığı, hərbi təhsil sahəsində təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eləcə də seminarlar, elmi-praktiki konfransların keçirilməsi və digər məsələlər müzakirə olunub.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan Hərbi Dəniz Akademiyasının tədris-maddi bazası ilə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*