“Azərbaycan həmişə tarazlığı qoruyub saxlaya bilib” – Oskanyanbackend

"Azərbaycan həmişə tarazlığı qoruyub saxlaya bilib" - Oskanyan

“Əgər hələ də 100% alternativiniz yoxdursa, niyə əlinizdə olandan imtina edirsiniz?. Avropaya istiqamətlənmə blefdir, xalqımız yenə aldadılır. Aİ-də bizi heç kim gözləmir, bəlkə 20-30 ildən sonra bu baş verəcək, amma hazırda bu haqda danışanlar sadəcə olaraq yanılırlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Sadəcə şanslıyıq ki, Rusiya indiyədək bizə qarşı böyük səbir nümayiş etdirir. Siz Avropa İqtisadi İttifaqının bir hissəsisiniz və bu və ya digər dərəcədə onun üstünlüklərindən istifadə edirsiniz. Amma indi Avropaya doğru gedirsiniz.  Aİİ-nin aparıcı ölkəsi Rusiya Ermənistanın aktiv şəkildə Avropaya doğru irəlilədiyini görsə də, yumşaq yanaşır. Bunu erməni xalqı üçün edir, heç bir zərər vermək istəmir. Əks halda bu gün qazın qiyməti 4 dəfə arta, eləcə də vergi tətbiq oluna bilər. Rusiya ilə açıq qarşıdurmanın Ermənistan üçün yaxşı nəticələri ola bilməz”, – deyə Oskanyan bildirib.

Onun fikrincə, rəsmi İrəvan siyasi kursunu davam etdirərsə, Rusiya Ermənistanı Azərbaycanla əvəz edə bilər.

“Rusiya Ermənistanı Azərbaycanla əvəz edə, bizi bütövlükdə unuda və strateji problemlərini Bakı vasitəsilə həll edə bilər. Biz artıq Şimal-Cənub yolunu itirmişik. Bu yaxınlarda üç fərqli proqrama baxdım, Ermənistan heç bir xəritədə yoxdur. Bu yol Hindistandan, Bəndər Abbasdan Rusiyaya, Azərbaycandan keçərək Avropaya gedir və bizimkilər indi də bir növ “Dünyanın kəsişməsindən” danışırlar.

Biz artıq bu yolu itirmişik, Şərq-Qərb yolu bizim üçün hələ mövcud deyil, Azərbaycan həmişə tarazlığı saxlaya bilib, indi Rusiya ilə münasibətlərini daha da dərinləşdirə və bizi əvəz edə bilər. Gürcüstan daha çox bir-birini tamamlayan siyasət aparır. Onlar Rusiya ilə münasibətlərini normal vəziyyətə salacaq, biz isə tam təcrid vəziyyətində olacağıq. Bu hakimiyyətin siyasəti buna gətirib çıxarır və təhlükə qarşımızdadır. Region böyük dəyişikliklərə məruz qalır və rollarda dramatik dəyişiklik ola bilər”, – Oskanyan vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*