İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsi dayandırılırbackend

İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsi dayandırılır

23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır.

KONKRET.az xəbər verir, bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.

Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*