Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşdibackend

Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında “Neftçi” “Kəpəz”i qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. “Ağ-qaralar”ın yeni transferi Bassala Sambu 27-ci dəqiqədə qonaqları məyus edib. Forvard 61-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

İlk görüşdə 2:0 hesablı qalibiyyət əldə edən “Neftçi” mərhələ adlayan tərəf olub. Komanda bu raundda “Sabah”la üz-üzə gələcək.

Digər yarımfinal cütündə isə “Qarabağ” və “Araz-Naxçıvan” münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu raundun matçları apreldə olacaq.

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

KONKRET.az xəbər verir ki, “Araz-Naxçıvan” 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Zirə” ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib – 2:0.

3-cü və 45-ci dəqiqədə Felipe Santos penalti zərbəsini dəqiq yerinə yetirib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn naxçıvanlılar növbəti raunda yüksəliblər. Komanda finala gedən yolda “Qarabağ”la üz-üzə gələcək.

Saat 19:30-da start götürəcək matçda “Neftçi” “Kəpəz”i (ilk oyun – 2:0) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl 1/4 finalda “Qarabağ” “Səbail”i (1:0, 3:1), “Sabah” isə “Sumqayıt”ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*