Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,41 bənd təşkil edib.
KONKRET.az xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,03 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,04 bənd az, ötən il oktyabrın 1-nə nisbətən isə 0,05 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
