Azərbaycan məktəblərində qızlara özünümüdafiə təlimləri keçirilə bilər? – AÇIQLAMAbackend

Azərbaycan məktəblərində qızlara özünümüdafiə təlimləri keçirilə bilər? - AÇIQLAMA

Rusiya Dövlət Dumasının Yeni Xalq Partiyasından olan deputatı Anna Skroznikova tərəfindən Təhsil Nazirliyinə sorğu göndərilib. Sorğuda məktəb və kolleclərdə 10-11-ci siniflərdə təhsil alan qızlara özünümüdafiə üsulları üzrə təlimlərin keçirilməsi üçün ayrıca blok modulun hazırlanması imkanının nəzərdən keçirilməsi xahişi var.

Bəs Azərbaycan təhsil sisteminində də özünümüdafiə ilə bağlı tədris həyata keçirilməldir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan təhsil eksperti Elçin Əfəndi hesab edir ki, Azərbaycanda məktəblərdə özünümüdafiə ilə bağlı əlavə dərslərin keçirilməsi gələcəkdə zorakılıq hallarının artmasına gətirib çıxara bilər:

Elçin Əfəndi: “Bəzi universitetlərdə açıq alver gedir”

“Bizim məktəblərdə fiziki tərbiyə, çağırışaqədərki hazırlıq dərsləri edilir. Təbii ki, qadınların özlərini müdafiə etmək vərdişlrinə yiyələnmək məqsədilə əlavə dərslər alması vacibdir. Amma bu, gələcəkdə zorakılıq hallarının daha da artmasına gətirib çıxara bilər. Çünki biz təkcə qadınlara qarşı deyil, kişilərə qarşı da müəyyən şiddətlərin şahidi oluruq”.

Ekspert təhsil müəssisələrində etika dərsinin tədris olunmasını tövsiyə edib:

“Fiziki tərbiyənin tədrisi əvəzinə təhsil müəssiələrində etika, qarşılıqlı münasibətlər, bir-birinə qarşı hörmət və s. mövzularda dərslər tədris edilərsə, bu, fiziki tərbiyədən daha effektiv olar. Fiziki tərbiyə şiddətə meyli təbliğ edirsə, etika, əxlaq münasibətləri, ailədaxili münasibətlər yönündə dərslərin tədris olunması daha yaxşı nəticə verə bilər. Zatən hər hansı qadın və kişi idman zalları, hazırlıq mərkəzlərində özünümüdafiə dərsləri ala bilərlər. Ölkədə kifayət qədər belə yerlər var”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*