Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları, yaxud 2,5 % artaraq 76,25 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,51 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.