Dünya bazarında Azərbaycan neftinin qiyməti 1,34 ABŞ dolları, yaxud 1,35 % artıb.
KONKRET.az xəbər verir ki, hal-hazırda “Azeri Light” markalı neftin bir bareli 100,68 dollardan satılır.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.