Dünya bazarında Azərbaycan neftinin qiyməti 3,08 ABŞ dolları, yaxud 3,06 % azalıb.
KONKRET.az xəbər verir ki, “Azeri Light” markalı neftin 1 bareli hal-hazırda 97,68 dollara satılır.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 55 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.