Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.
KONKRET.az xəbər verir ki, paytaxt Bakıdan başlayan çəkiliş daha sonra Azərbaycanın digər bölgələrində də davam etdirilib. Qarabağa səfər təşkil olunub.
Məşhur aparıcı Esra Gezginci verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
Səlçuk Karakılıçın sözlərinə görə 1 ay ərzində çəkilən “Əsrarəngiz Azərbaycan” verilişi çox möhtəşəm görüntülərlə noyabrın 27-də Türkiyənin NTV kanalında yayımlanacaq.