Azərbaycan Premyer Liqası: “Qarabağ” “Kəpəz”i böyük hesabla məğlub etdibackend

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi

Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ” səfərdə “Kəpəz”i böyük hesabla məğlub edib.

KONKRET.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub.

Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*