Ermənilər son ümidlərini uşaqlara bağlayıb. Ağlayıb sızlamağı özünə tarixi peşə seçən bir xalq, çətinə düşən kimi dərhal müxtəlif formalarda mübarizə metodu axtarır. Ermənistanda uşaqların əlinə plakatlar verib müxtəlif ölkələrin səfirliklərinin qarşısına göndərməklə nəyəsə nail olmağın mümkünlüyünü düşünürlər. BMT-nin İrəvandakı baş ofisinin qarşısında körpə uşaqların mitinqini təşkil edən hakimiyyət bununla diqqəti Qarabağa yönəltmək niyyətindədir. Azyaşlıların əməyindən qanunsuz istifadə etmək özü qanun pozuntusudur və bu ancaq qaraçılara xas olan ənənədir.
Görünür əcdadlarının adətinə sadiq qalan erməni toplumu uşaqlardan ibarət alay da təşklil edə bilər. İrəvanda və Ermənistanın digər bölgələrində uşaqların küçələrə çıxarılmasında məqsəd aydındır. Guya erməni uşaqlar ata-babalarının hüquqlarının müdafiəsi üçün aksiyalar keçirir və özlərinə də məlum olmayan plakatları başlarının üzərində nümayiş etdirirlər.
Bütün bunlar isə Ermənistan cəmiyyətinə utanc gətirir. İctimai-siyasi xadim Edqar Qazaryan isə Ermənistanın hazırkı siyasətini sərt tənqid edib. Qazaryan hesab edir ki, Paşinyanın aqibəti elə də yaxşı olmayacaq:
”Baş nazir Qarabağı Azərbaycan ərazisi hesab edirsə belə bir sual yaranır. Qarabağı Azərbaycan ərazisi hesab edən Paşinyan vaxtı ilə Qarabağ ərazisinə səfərləri necə edib. Əgər Nikol 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanıb bu fikirləri səsləndirirsə, onda 44 günlük müharibədə hansı ölkənin ərazisində müharibə aparıb. İndi ağlına gəlmir ki, İlham Əliyev bunların hamısının hesabını istəyəcək. Azərbaycan prezidenti Paşinyandan 6 oktyabr 2020-ci ildə Qarabağa niyə gəldiyini soruşanda Nikolun hansı cavabı verəcəyi maraqlı olacaq. Azərbaycan prezidentinin Paşinyanı Haaqa Məhkəməsinə vermək hüququ var. Əgər İlham Əliyev bu addımı atarsa Nikol məsuliyyətə cəlb oluna bilər. Paşinyan Beynəlxalq Məhkəmənin Roma Nizamnaməsini ratifikasiya etməklə Putinin həbs olunacağını düşünüb. Amma eyni sənədlə də həbs olunacağından xəbəri yoxdur. Məhz İlham Əliyev Paşinyanı və Ermənistanın keçmiş prezidentlərini beynəlxalq cinayətkar kimi tanıdacaq”, – deyə Edqar Qazaryan bildirib.
Vəli Həsənov,
KONKRET.az