“Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı tam ələ keçirsə, Qərb kömək edə bilməyəcək” – Ayk Martirosyanbackend

“Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı tam ələ keçirsə, Qərb kömək edə bilməyəcək” - Ayk Martirosyan

“Bayden çox təcrübəli siyasətçidir. Xüsusən də beynəlxalq münasibətlərdə çox təcrübəlidir. ABŞ-ın siyasi sferasında ona bərabər olan ikinci şəxs yəqin ki, yoxdur. Ona görə də, bu administrasiyanı indiyə qədər olan siyasi hakimiyyətlərin ən yaxşısı hesab etmək mümkündür. Təbii ki, Vilson administrasiyası istisna təşkil edir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın “Milli Demokratik Qütb” partiyasının üzvü Ayk Martirosyan səsləndirib:

“Əgər Ermənistanı təkcə Azərbaycan deyil, həm də Moskva və Ankara ələ keçirsə, onda Ermənistana heç nə ilə kömək etmək mümkün olmayacaq. Onda biz yəqin ki, Qərbin Ermənistana münasibətdə pis ssenarini müşahidə edəcəyik. Ümid edək ki, bu baş verməyəcək. Yəni Ermənistan heç olmasa formal suverenliyini itirməyəcək. Hərçənd onun suverenliyi artıq mövcud deyil. Ümid edək ki, hadisələr bu qədər irəliləməyəcək” – deyə Martirosyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*