“Əgər Azərbaycan Ermənistan ərazisindəki kommunikasiyalara Rusiyanın nəzarətini istəyirsə, Ermənistan da üçüncü ölkəni cəlb etməyi tələb edə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, yollara kimin nəzarət edəcəyi ilə bağlı danışıqlar davam edir.
“Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarəti ilə bağlı heç bir qərar yoxdur. Əgər Azərbaycan Rusiya tərəfinin nəzarəti həyata keçirməsini istəyirsə, o zaman Ermənistan tərəfi də üçüncü ölkənin iştirakını tələb edə bilər”, – deyə Simonyan bildirib.
Erməni spiker deyib ki, əlaqələrin blokdan çıxarılması qarşılıqlı prosesdir:
“Əgər Azərbaycan vətəndaşları Ermənistan vasitəsilə Naxçıvana getmək imkanı əldə edərlərsə, o zaman Ermənistan vətəndaşları da Azərbaycan ərazisindən keçə bilməlidirlər. Şərtlər eyni olmalıdır, Ermənistanın mövqeyi isə dəyişməz olaraq qalır”, – deyə Simonyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az