Azərbaycan Rusiyanın Cənubi Qafqazda əvvəlki hegemon təsirinə qarşı çıxır – REUTERSbackend

Azərbaycan Rusiyanın Cənubi Qafqazda əvvəlki hegemon təsirinə qarşı çıxır - REUTERS

Azərbaycan Rusiyanın Cənubi Qafqazda əvvəlki hegemon təsirinə qarşı çıxır.

KONKRET.az Reuters agentliyin-ə istinadən xəbər verir ki, Moskvanın Ukraynadakı müharibəyə fokuslanmasından sonra Rusiyanın Cənubi Qafqazda dominant mövqeyi xeyli zəifləyib və bu, regionda yeni reallıqlar yaradıb.

“Hazırda Rusiyanın bölgədəki üstün mövqeyini itirməsi çətinliklə geri çevrilə biləcək proses kimi görünür. O, hələ də gücə malikdir, amma artıq gündəmi müəyyənləşdirən tərəf deyil,” – deyə Karnegi Avrasiya Mərkəzinin elmi işçisi Zaur Şiriyev agentliyə müsahibəsində bildirib.

Şiriyevin sözlərinə görə, Azərbaycanın daha qətiyyətli addımları məhz bu dəyişikliyin nəticəsidir. Moskvanın öyrəşdiyi, məsələn Belarusla olan birtərəfli və şaquli münasibət modelinə uyğun gəlməyən bu yanaşma, Azərbaycanın yeni siyasi kursunun göstəricisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*