“Azərbaycan sabit, güclü dövlət təfəkkürünə yiyələnmiş dövlətdir və onu heç nə öz məqsədlərindən və orbitindən yayındıra bilməz”.
KONKRET.az xəbər verir ki, erməni politoloq Hayk Martirosyan özünün facebook səhifəsində qanunsuz xunta liderlərindən birinin bəyanatını şərh edərkən belə yazıb:
“Qatil David Babayan Rusiya hökumətinin və Ermənistanın dağıdıcı abortunun xədim xidmətçisi olan bu satqın Bakıya təslim olub və ya təslim olmaq üzrədir. O, öz səhifəsində bunu həmvətənlərini xilas etmək naminə fədakarlıq kimi təqdim edib.
David Babayan sadəcə olaraq öz pafoslu, satqın və rəzil varlığını davam etdirmək istəyir və son ümidi var ki, Moskva Lubyankasının kuratorları onu əsirlikdən azad edəcək və normal həyata qayıdacaq. Çünki o, artıq işlənmiş lateks kimi atılıb və unudulmuş, başı tualetdə qalaraq Bakı həbsxanasına düşəcək”, – deyə politoloq vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az