“Ortaq postlar yaratmağı qəbul etdik, türklər istədiklərinə nail oldular”- Baqratyanbackend

“Ortaq postlar yaratmağı qəbul etdik, türklər istədiklərinə nail oldular”- Baqratyan

“Ortaq postların yaradılması ilə bağlı razılığın əldə edildiyi, başqa sözlə türklərin istədiklərinə nail olduğu barədə məlumatlar var”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə keçmiş baş nazir Qrant Baqratyan özünün Facebook səhifəsində yazıb:

“Mətbuata Syünikdəki (Zəngəzur) problemin həll olunduğu barədə məlumatlar ötürülür. Ancaq bizdə bir informasiya var. Ortaq postlar yaratmaq haqda razılığıa gəliblər. Yəni türklər istədiklərinə nail oldular. Ərazimizdə postlar quracaqlar. Həm də onların əlində hündürlüklər qaldı. Hətta toyuq beyinli insanlar da başa düşürlər ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi baş verməyəcək. Bu proses Azərbaycanın Zəngəzuru tam nəzarətə alandan sonra başlayacaq. İndi qanuniləşdirilən bir sənədə əsasən ərazimizdədirlər”.

Baqratyan onu da bildirib ki, torpağı təslim edən kapitulyant yenidən təslim etdi. Prezident isə vəzifələrinin icrası ilə deyil, öz ailə biznesi haqda düşünür. Baqratyan Zəngəzurdakı vəziyyətin həllini elan etməyə tələsən bəzi müxalifətçiləri də qınayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*