Azərbaycan toyunda dava: müğənni qonağı döydübackend

Azərbaycan toyunda dava: müğənni qonağı döydü

Ağdaşda toyda dava olub.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.

Toyda qonaq olan 64 yaşlı N. Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü deyib.

Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*