Azərbaycan, Türkiyə və Pakistan görüşü ilk növbədə hərbi sahədə hər üç ölkənin marağında olan yaxınlaşmadır”.
KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin Pakistanın paytaxtı İslamabadda keçiriləcək görüşündən danışarkən deyib. Politoloq qeyd edib ki, bu görüşün gələcəkdə Azərbaycana hərbi nöqteyi-nəzərdən hansısa müsbət tərəfləri olacaq:
“Təbii ki, Pakistanla Türkiyənin yaxınlaşması tək hərbi deyil, eyni zamanda siyasi çəhətdən çox önəmlidir. Türkiyənin bir çox beynəlxalq təşkilatlarla, o cümlədən də Pakistanın Hindistanla olan münasibətlərində bu ölkəyə siyasi, diplomatik dəstəyin verilməsi önəmlidir. Amma hesab edirəm ki, bu yaxınlaşma ilk növbədə daha çox hərbi nöqteyi-nəzərdən üç ölkənin marağında olan məsələdir”.
Azər Qasımlı bildirib ki, Pakistan bundan sonra da Azərbaycana dəstəyini əsirgəməyəcək:
“Türkiyə onsuz da bizə dəstək verir. Pakistan da bundan sonra beynəlxalq təşkilatlarda bizə dəstəyini əsirgəməyəcək”.
Politoloq hesab edir ki, bu görüşün Qarabağ probleminə hər hansı təsiri olmayacaq:
“Qarabağa o vaxt təsiri olardı ki, bölgə Rusiyanın nəzarətindən çıxa və yenidən Minsk qrupunun fəaliyyət dairsəinə daxil ola. Bundan başqa Minsk qrupunyn həmsəd ölkələri arasında dəyişiklik olsun, yaxud da Azərbaycan-Rusiya-Ermənistan üçlüyünə Türkiyə də qatılsın. O zaman bu “üçlüy”ün Qarabağa təsiri ola bilər”.
Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin Pakistanın paytaxtı İslamabadda görüşü keçiriləcək.