Müharibə veteranlarına ŞAD XƏBƏR: 80 manatlıq müavinət artırılacaqbackend

Müharibə veteranlarına ŞAD XƏBƏR: 80 manatlıq müavinət artırılacaq

Ölkə başçısı parlamentin ilk iclasında gələn il pensiya və minimum əməkhaqqlarının artırılacağını bəyan etdi. Bu, olduqca mühüm qərardır. Dövlət büdcəsi ilə bağlı məsələlər müzakirə edilən zaman minimum əməkhaqqı da diqqətdə olur. Çünki minimum əməkhaqqının artırılması müəyyən sahələrə müsbət təsir göstərir.

KONKRET.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib.

O qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manatdır:

“Gələn ildən isə bu sahədə hansı səviyyədə artımın olacağını dəqiq söyləmək çətindir. Bu, Maliyyə Nazirliyinin hesablamalarından asılı olan məsələdir. Ona görə də, dövlət büdcəsi müzakirəyə çıxarılan zaman bu məsələyə mütləq baxılmalıdır”.

İqtisadçı hesab edir ki, digər sosial məsələlərin də həlli vacibdir:

“Şəhid ailələri və qazilərin sosial durumuna diqqət yetirilməlidir. Yeni formalaşmış Milli Məclisin deputatlarının bununla bağlı təklifləri var. Hesablamalar aparıldıqdan, dövlət büdcəsinin gəlir və xərcləri müəyyən edildikdən sonra artımın nə qədər olacağı dəqiq bilinəcək”.

Vahid Əhmədova görə, qazilərə verilən 80 manatın artırılması əsas məsələlərdən biridir:

“Burada say kifayət qədər çoxdur. Bu sözsüz ki, böyük vəsait tələb edir. Heç olmasa 80 manatı bir qədər artırıb 150 manat səviyyəsində saxlamaq lazımdır. Gözləntilər odur ki, büdcə layihəsi çərçivəsində bu məsələ də müzakirə ediləcək”.

  • RƏSUL AMANOV ŞAHBABA OĞLU
    Oktyabr 1, 2024 - 21:13

    AZƏRBAYCAN BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARİ ÇOX ACİNACAQLİ VƏZİYYƏTDƏ YAŞAYİRİQ BİZI VERİLƏN-ÖDƏNİLƏN 80 MANAT PREZİDENT TƏQAÜDLƏRİMİZ ÇOX AZDİR-ÇOX AZLİQ-TƏŞKİL EDİR ƏN AZİ 250 MANAT OLMALİDİR BJZ VETERANLARA VERİLƏN-ÖDƏNİLƏN BU BİRDƏFƏLİK MƏBLƏĞ-PREZİDENT TƏQAÜDÜ

  • Eli
    Oktyabr 1, 2024 - 21:44

    Bu cemiyet zibilernen dolufu

  • Asif
    Oktyabr 2, 2024 - 00:39

    Vetran pulunu qaldırın bu günkü gündə Qarabağda gedən işlər şəhidlərimizin qazilərmizin vetranlarmısın sayəsindədir ona görədə bizlərin əziyyətini yerə vurmayın

  • Serdar
    Oktyabr 2, 2024 - 08:08

    Allah insaf etsin …170 manat olsun

  • Ədalet
    Oktyabr 2, 2024 - 19:26

    3 usagim var veteranam şeker xesteliyinden əziyyət cekirem ureyimde 3 stent var 80 mn menim harama yariyacag yaramazlar. Bizim sayemizde kisi oldular derdim boyukdr oglum esger gedecey qoymuyacam sizden yana ogul boyutmurem

  • Vmb
    Oktyabr 2, 2024 - 21:21

    Məncə biz Veteranların pulun kəsib Xalqın problemləri ilə maraqlanmayan məmurların maaşına əlavə edinki onlarda ruhlanıb xalqın problemləri ilə maraqlansınlar.Axı məmurlarımızın maaşı çox azdır 5 min manat maaş alırlar bu maaşla onlar ailələrin necə saxlasınlar?veteranları sonraya saxlayın xaiş edirəm məmurlarımızın mənəvi rifahı ilə maraqlanın veteran neyniyibkinee??

  • Rovsen
    Oktyabr 2, 2024 - 21:24

    Veteran pulu indiki kamunal ve gedis haqqilarinin qiymet ve tariflərini nezerde tutun. Vicdanniz olsun ozunuz gorsuz. Bilirsiz. Ayibdi 80manat utaniriq camatin yanda kartdan pulu cixaranda. Budurmu bizlere verilən qiymet.vifi hele ayliqi 25manatdi cekdirmedim. Gucum catmir odemeye. Xahis edirem nezerde Alin. Men Vətənimi sevirem. Onun herbir qarisini qorumaq yenede her an haziram. Olene kimi. Veteran Rovsen Cabarov Mecnun oglu.

  • Zaur
    Oktyabr 2, 2024 - 23:45

    Salam dövlət özü bilen məsləhətdir

  • Cimi
    Oktyabr 4, 2024 - 03:06

    Insanliqdan xeberiniz olsun …Qaldirin emek hakkinida veteran pulunuda 2 uni bitirmisem muharibede istirak etmisem…Issizem.islemek istemirem bu boyda savada 600 700 maas verirler …Faiseler Pozgunlar Petuxlar ograslae hamisi yasyir bu olkede olarin aldiqlaeinin 10 faizini alamiram rusvetxor serefsizlerin elinden besdirindee beadirin …Insafiz olsun Qaldirn emek hakkini…Yaltaxlar da gorsum sozun deyenler dehset azdir…!

  • Mikayılov Səyyad Salman oğlu
    Oktyabr 7, 2024 - 02:27

    Məndə vətəranam haqqımı istiyirəm heçnə yox gəlin yaşayışma baxən qaldıqım yerə sürdüyüm acınacaqlı həyatıma baxın şərəfiniz olsun vallahi Erməni öz vətəni üçün vuruşana belə baxmır məğlub olsalar belə yenə vətəranına hprmət edir ayıbdı Azərbaycan üçün heç yerdə işləyə bilmirəm psixalogiyam pozulub dolamıyın bizi çox yox 200 manat edin heç olmaya bir dərdimizə dərman olar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*