“Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq”.
KONKRET.az xəbər verir ki, bunu iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.