“Azərbaycan üstünlüyü ələ aldı, biz isə bütün tərəfdaşlarla münasibətləri korladıq” – Erməni mediasıbackend

"Azərbaycan üstünlüyü ələ aldı, biz isə bütün tərəfdaşlarla münasibətləri korladıq" - Erməni mediası

“Üstünlüyümüz var idi, bizi bundan məhrum etdilər”. 

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məqalə dərc edib. Məqalə ermənilərin “ürəkdağlayan həyat hekayəsi”ndən xəbər verir.

“90-cı illərdə biz Gürcüstan və Azərbaycanı demək olar ki, hər şeydə qabaqlayırdıq. Ermənistan Cənubi Qafqazda bütün inteqrasiya proseslərində qonşularını  üstələyirdi. Biz həm də Qərb və Şərq üçün daha vacib və etibarlı tərəfdaş hesab olunurduq. Azərbaycan və Gürcüstanın çoxlu problemləri var idi.

Bizim qonşularımızla müqayisədə çox mühüm üstünlüyümüz diasporla bağlı idi. Güclü əlaqələr, hakimiyyətlərə böyük təsir və vətənə böyük sevgi var idi. Dövlətimiz isə imkan daxilində bu unikal üstünlükdən istifadə etməyə çalışırdı.

İllər keçdi, Azərbaycan xarici aləmlə möhkəm əlaqələr qurdu, yeni tərəfdaşlar tapdı, ən əsası Türkiyə ilə sıx əlaqələr yaratdı. Biz isə demək olar ki, bütün tərəfdaşlarla, xüsusən də Rusiya və Gürcüstanla münasibətlərimizi korladıq. Amma ən ağrılısı odur ki, biz erməni diasporunu parçaladıq və Ermənistan dövlətini məyus etdik. Bu isə Nikol Paşinyanın siyasətinin ən acınacaqlı nəticəsidir.

Hakim partiya hətta diaspor erməniləri arasında düşmən tapdı və “persona non qrata” elan etdi. O, mənşəyi məlum olmayan bəzi yeni hərəkatlar və təşkilatlar yaratmağa başladı. Diasporu isə “nikolçular”la “antinikolçular”a bölərək ölkəmizi adı erməni diasporu olan güclü qoruyucu mərmidən məhrum etdilər”, – məqalədə deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*