Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Şurasının iclasında bildiriblər.
Onlar ölkələrinin bir-birinə qarşı heç bir ərazi iddiası olmadığını bildiriblər.
Azərbaycan Prezidenti sülhə yaxın olduqlarını vurğulayıb.
“Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını nəzərə alsaq, Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunması ehtimalı var”, – Əliyev deyib.
Xuraman Etibarlı,
KONKRET.az