Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcəkbackend

Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcək

Bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və İraq arasında bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

KONKRET.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

“Bakı iqlim həftəsinin fəaliyyət planına əsasən noyabrın 14-də təşkil ediləcək “Maliyyə, investisiya və ticarət günü” isə özəl sektora və vətəndaş cəmiyyətinə beynəlxalq iqlim danışıqları ilə yanaşı öz öhdəliklərini ifadə etmək imkanı verəcək”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*