Azərbaycan və Qətər şəhər planlamasında müasir yanaşmaları müzakirə ediblərbackend

Azərbaycan və Qətər şəhər planlamasında müasir yanaşmaları müzakirə ediblər

Azərbaycan və Qətər arasında şəhər planlamasında müasir yanaşmalar müzakirə edilib.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, müzakirələr Qətərin Milli Planlaşdırma Şurasının Baş katibi Əbdüləziz bin Nasir bin Mübarək Əl-Xəlifə ilə görüşdə aparılıb: “Görüşdə dayanıqlı inkişaf strategiyalarının icrası, mənzil siyasəti və infrastruktur layihələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Rəqəmsal həllər və ekoloji standartların planlamada əhəmiyyətinə xüsusi diqqət yetirdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*