Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalandı – FOTOLARbackend

Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalandı - FOTOLAR

Bu gün Bakıda keçirilmiş və Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

KONKRET.az xəbər verir ki, bunlardan biri İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Udmirtiyanın “İnkişaf Konsepsiyası” qurumu arasında imzalanmış əməkdaşlıq sazişidir.

Digər sənəd isə Udmirtiyanın “Dostluq” Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı ilə Azərbaycanın Rus icması arasında əməkdaşlığa dair sazişdir./report/

Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*