Azərbaycan və Türkiyə kanalları ortaq yayım edir – CANLIbackend

Azərbaycan və Türkiyə kanalları ortaq yayım edir - CANLI

Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.

KONKRET.az xəbər verir ki, yayım “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində təşkil edilib.

Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*