“Azərbaycanla münasibətlər, arxivlərin açılması, erməni soyqırımı iddialarının siyasi tribunalardan çıxarılması məsələsi əsasdır”.
KONKRET.az xəbər verir ki, bunu AKP-nin sədr müavini Ömər Çelik Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının şərtlərini açıqlayarkən bildirib.
O qeyd edib ki, Türkiyə Azərbaycanla bağlı məsələdə həssaslığını qoruyur və Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılması Ermənistanın Azərbaycana qarşı aparacağı siyasətdən asılıdır:
“Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü bir şərtlə irəli sürülə bilər ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətindən əl çəksin. Bundan başqa, prezident Ərdoğan üçün ən həssas məqam azərbaycanlı qardaşlarımız və Azərbaycan prezidenti cənab İlham Əliyevdir”.