“Azərbaycan intensiv şəkildə yeni müharibəyə hazırlaşır. Rəsmi Bakı Qarabağı bütün beynəlxalq platformalarda qanuniləşdirdi və indi yeni kapitulyasiya güzəştləri tələb etməklə Ermənistanı qəsb etməyə başlayıb”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni deputat Lilit Qalstyan “hraparak.am” saytında yazıb.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağdakı erməni izlərini silir:
“Ermənistanın Ali Baş Komandanı isə tamaşaçıları velosiped, lobya və şeir söhbətləri ilə əyləndirir. Yenə də beynimizin savaşını uduzmuşuq. Özümüzə gəlməsək, itkilərin dönməzliyini dərk etməsək, heç kim bizi ayağa qaldırmayacaq”.
Natiq Səlim,
KONKRET.az