Azərbaycanda 126 milyonluq narkotik dövriyyədən çıxarıldıbackend

Azərbaycanda 126 milyonluq narkotik dövriyyədən çıxarıldı

2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 ton 949 kq 473,018 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5214 cinayət faktı aşkarlanıb.

Onlardan 1632-si narkotik vasitələrin qanunsuz satışı, 3453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*