2025-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4015,9 manat, qeyri neft-qaz sektorunda 1046,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,6 manat, özəl müəssisələrdə isə 1151 manat olub.

Kağız üzərinə yazılan yalan məlumatlar. Yalan ayaq açıb yeriyir Allah. Bu necə dövlətdir bilmirəm Allah bir kimsə yoxdur dərdini anlatmağa deməyə