Havadan “Daş yuxular”ın qoxusu gəlir və zərrə qədər də şübhə etmirəm ki, Azərbaycan nəsrinin üzqarası olan bu şər-böhtan yığınının sifarişçiləri ilə “köçkün” mövzusu ətrafında ajiotaj yaradanlar eyni mərkəzdən idarə olunurlar. Yəni, “atan kazaklardı…”
KONKRET.az xəbər verir ki, bu sözləri Elçin Mirzəbəyli deyib:
İz bu qəbildən olan bölücülük toxumlarının ictimai rəyə səpildiyi zaman kəsiyini çox yaxşı xatırlayırıq. Doxsanıncı illərin əvvəllərinin dərəbəyliyindən, ağrı-acısından keçənlər bu gün sosial şəbəkələri başına götürən şaiyə “istehsalçıları”nın “xammal”la haradan təmin edildiklərini, düşünürəm ki, yaxşı bilirlər.
“Beşinci kolon” və yüz illər boyu Cənubi Qafqazı eyni siyasi texnologiyalarla qan çanağına çevirmək istəyənlər yenə də iş başındadırlar. Bu mövzuda ictimai qınaq effektiv deyil və təəssüf ki, bir çox hallarda hansı baxış bucağından sıyrılmasından asılı olmayaraq, qeyri-peşəkar mülahizələr daha çox ziyan verir.
Ona görə də, meydanı SİLİB-SÜPÜRMƏK lazımdı!

Elçin Mirzəbəyliyə deyin ki,əsl Beşinci kalın Rusiyanın dəstəyi,Ramiz Mehdiyevin dəsti xətti ilə yaradılan qurumdur ki,bu gün də icra hakimiyyətinin başçısı və ya YAP sədri kimi hələ də fəaliyyətdədir,hansı ki,vaxtı ilə xalq cəbhəsinin fəal üzvləri idilər.
Elçin Mirzəbəyli, hələ get savadını artır! Cəfəng bir fikir ifadə etmək istəyirsən, lakin cümlələrin elə bərbaddır ki, yəqin ki, özün də bilmirsən ki, nə demək istəyirsən. Bunu qoyaq bir kənara. Sən ondan danış, parlamentə təyin olunmusan ki, bu da cinayətdir. Nəticədə Azərbaycanda özlərindən başqa kimsəni təmsil etməyən “parlament” siyasi qrupu var və bu qrup da öz şəxsi maraqlarını güdür.
Zəif yerlərin varsa təbii ki düşməm ordan vuracaq. Space tv kimə məxsusdu? Yəni rusiya izinə oxşamır, İngiltərə izinə oxşuyur.
Milləti qarşı-qarşıya qoymaq istəyənlərin arzusu, INŞALLAH ürəklərində qalacaq.
Salam nə qədər bu hakimiyət var mumkün olmayacağ.Milləti elə bir vəziyətdədi danişmağa hərəkət edən insanlar yoxdur sözün deyəni tuturlsr yada üzünə durduzurlar.
trolun biri də artdı