Azərbaycanda 9 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək – YENİLƏNDİbackend

Azərbaycanda 9 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək - YENİLƏNDİ

Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

KONKRET.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

***

Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.

Başqa sözlə:

– Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinə çevrilmə yolu ilə ;

– Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasına çevrilmə yolu ilə ;

– “Azərbaycan Texnologiya Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texnologiya Universitetinə çevrilmə yolu ilə

– Bakı Slavyan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Slavyan Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*