Azərbaycanda abortların sayı kəskin azaldıbackend

Azərbaycanda abortların sayı kəskin azaldı

2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-i oğlan, 57906-sı isə qızdır.

KONKRET.az xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.

Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.

BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*