Bakının mərkəzində qurulan işıqfora bənzər qurğu görənlərin marağına səbəb olub.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, sözügedən qurğu Füzuli küçəsində, Heydər Əliyev Sarayının qarşısında quraşdırılıb.
Məsələ ilə bağlı çıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
“Bu, yenilənmiş, son nəsil təhlükəsiz şəhər kamerasıdır və hazırda test rejimindədir”, – deyə açıqlamada bildirilib.