Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkün olubbackend

Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkün olub

Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkün olub. 

KONKRET.az xəbər verir ki, bununla bağlı “SMSRadar” yenilik edib.

Artıq avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkündür. Bunun üçün avtomobilin vin kodu (nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilir) və 3 AZN ödəniş tələb olunur. Avtomobillərin ölkə ərazisində törətdiyi qəzalar rəsmi sistem üzərindən təqdim edilir. Bu yeniliyin avtomobil alqı-satqısı zamanı alıcıların işini xeyli asanlaşdıracağı düşünülür.//OperativMedia

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*