Azərbaycanda bankların fəaliyyətinə bu hallarda son qoyula bilər – SİYAHIbackend

Azərbaycanda bankların fəaliyyətinə bu hallarda son qoyula bilər - SİYAHI

“Azərbaycanda bankların fəaliyyətinə xitam verilməsi müxtəlif səbəblərdən baş verə bilər. Mərkəzi Bankın qərarı, maliyyə vəziyyəti, könüllü qərarlar və ya struktur dəyişiklikləri bu prosesin əsas səbəblərini təşkil edir”.

Bu fikirləri iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında səsləndirib:

“Mərkəzi Bank bir bankın lisenziyasını aşağıdakı hallarda ləğv edə bilər:

•Bank minimum kapital tələblərinə əməl etmədikdə;

•Likvidlik problemləri yaşadıqda və müştərilərin vəsaitlərini qaytara bilmədikdə;

•Kredit portfelinin keyfiyyəti ciddi şəkildə pisləşdikdə;

•Məlumatlar saxtalaşdırıldıqda və ya hesabatlar düzgün təqdim olunmadıqda;

•Bank rəhbərliyi və ya sahibləri qanun pozuntularına yol verdikdə.

Bank öhdəliklərini yerinə yetirə bilmədikdə, iflas proseduru işə düşür.

•Bu hal məhkəmə qərarı ilə rəsmiləşdirilir;

•Bankın əmlakı satılır və əldə olunan vəsait ilk növbədə əmanətçilərə olmaqla kreditorlara ödənilir.

Bəzən bank sahibləri və səhmdarlar fəaliyyətə könüllü şəkildə son qoymaq qərarına gəlirlər.

•Bu zaman bank bütün öhdəliklərini əvvəlcədən yerinə yetirməlidir;

•Ləğv prosesi Mərkəzi Bankın razılığı ilə həyata keçirilir.

Bank rəhbərliyinin qanunsuz əməliyyatlara yol verməsi də lisenziyanın ləğvi ilə nəticələnə bilər.

•Çirkli pulların yuyulması, daxili nəzarətin olmaması və digər pozuntular bu kateqoriyaya aiddir.

Bəzi hallarda bank digər bir bankla birləşə bilər.

•Bu zaman əvvəlki bankın hüquqi varlığı sona çatır;

•Texniki olaraq bu, bağlanma sayılmasa da, fəaliyyətin dayanması ilə nəticələnir”.

İqtisadçı əlavə edib ki, bu hallar bank sektorunda sabitliyin və maliyyə intizamının qorunması məqsədilə həyata keçirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*